"Yuventus"un Çempionlar Liqasının 1/8 finalında "Lion"la cavab matçı üçün iştirak ərizəsi müəyyənləşib.

Rekord.az xəbər verir ki, heyətdə 22 oyunçunun adı yer alıb:

Qapıçılar: Voyçex Şensnı, Karlo Pinsolyo, Canluici Buffon

Müdafiəçilər: Mattia De Şilyo, Corco Kyellini, Matteys de Liqt, Aleks Sandro, Danilo, Leonardo Bonuççi, Daniele Ruqani, Merih Demiral

Yarımmüdafiəçilər: Duqlas Kosta, Miralem Pyaniç, Aaron Remzi, Blez Matyuidi, Adrien Rabyo, Rodriqo Bentankur

Hücumçular: Kriştiano Ronaldo, Paulo Dibala, Xuan Kuadrado, Qonzalo İquain, Federiko Bernardeski

"Yuventus" - "Lion" görüşü avqustun 7-i keçiriləcək. Komandalar arasında Fransada keçirilən ilk oyunda "Lion" 1:0 hesabı ilə qalib gəlib.