İtaliyanın "Yuventus" və "İnter" komandalarının sabiq futbolçusu Kvadvo Asamoa karyerasını başa vurub.

Rekord.az xəbər verir ki, qanalı müdafiəçi 34 yaşında futbolla vidalaşıb.

A Seriyasında 279 oyun keçirmiş veteran futbolçu bu müddət ərzində 13 titul qazanıb. O, İtaliya çempionatında oyun sayı baxımından afrikalılar arasında rekordçudur.

Kvadvo Asamoa 2012-2018-ci illərdə "Yuventus"un, 2018-2020-ci illərdə isə "İnter"in formasını geyinib. “Udineze”də də oynamış futbolçunun son komandası İtaliya "Kalyari"si olub. O, Qana yığmasında da 74 oyuna 4 qol vurub.