"Yuventus"un sabiq prezidenti: "Ronaldo nə qədər tez getsə, o qədər yaxşıdı"
- 27 Avq 2021 12:00
- 510
“Yuventus”un sabiq prezidenti Covanni Kobolli Cili Kriştiano Ronaldo əttafında yaranan söz-söhbətə münasibət bildirib.
Rekord.az xəbər verir ki, sabiq prezident Ronaldonun transferinin səhv addım olduğunu deyib.
O, futbolçunun komandanı tərk etməsini də istədiyini vurğulayıb:
“Həmişə dürüst olmağa çalışmışam. Ronaldonun transferi səhv idi. Artıq investisiyanı geri qaytarmaq mümkün deyil.
Ronaldo böyük futbolçudur. Amma indi nə qədər tez getsə, özü üçün də, “Yuventus” üçün də bir o qədər yaxşı olar.
Ümid edirəm ki, Massimiliano alleqro ondan necə yararlanmağın da yolunu bilir. Ronaldo “Yuventus”un hücumlarına mane olur. Onun yoxluğunda kollektiv böyük işlər görə bilər”.