İtaliya çempionu “Yuventus”un zədəli futbolçularından biri – Matteys De Liqt sıraya dönüb.

Rekord.az xəbər verir ki, bu barədə Turin klubunun rəsmi saytı məlumat yayıb.

Niderlandlı müdafiəçi artıq komanda ilə birgə məşqlərə qatılır. Onun növbəti oyunlarda meydana çıxması gözlənilir.

Xatırladaq ki, De Liqt zədə səbəbindən əməliyyat olunmuşdu və təxminən 3 ay idi komandasına kömək edə bilmirdi.

“Yuventus”un heyətində Corco Kyellini ilə Aaron Remzi də son vaxtlar zədə səbəbindən komandaya kömək bilmir.