AFFA İntizam Komitəsinin iclası keçirilib.


Rekord.az xəbər verir ki, iclasda Birinci Liqanın 19-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:


“Zaqatala” – “Qaradağ Lökbatan” oyununda Zona 1-də akkreditasiyası olmayan şəxslər olduğuna görə “Zaqatala” komandası 50 manat cərimə edilib.


“Zaqatala” – “Qaradağ Lökbatan” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Zaqatala” komandası 80 manat cərimə edilib.


“Zaqatala” – “Qaradağ Lökbatan” oyununda xərəkdaşıyanların say limiti pozulduğuna görə “Zaqatala” komandası 80 manat cərimə edilib.


MOİK – “Difai” oyununda MOİK klubunda 4 nəfər sarı vərəqə aldığı üçün MOİK klubu 70 manat cərimə edilib.


“Karvan” – “Baku Sporting” oyununun ilk hissəsi bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Karvan” komandası 80 manat cərimə edilib.


“İmişli” – “Cəbrayıl” oyununda “İmişli” klubunun 4 futbolçusu sarı vərəqə aldığı üçün “İmişli” klubu 70 manat cərimə edilib.


“Qəbələ” – “Mingəçevir” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyi üçün “Qəbələ” klubu 100 manat cərimə edilib.