AFFA-dan yetərincə maddi dəstək almayan, buna görə uşaq komandalarının çempionatda iştirakını təmin edə bilməyən "Zaqatala" kömək üçün yerli icra hakimiyyətinə, eləcə də gənclər və idman idarəsinə müraciət edib.

Rekord.az xəbər verir ki, müraciətin əsas səbəbi Zaqatala Olimpiya Stadionundan istifadəyə görə icarə haqqında güzəşt və uşaq komandaların ölkə çempionatında oynaması üçün maddi yardımla bağlıdır.

Lakin aldığımız məlumata görə, hələlik sözügedən qurumlardan müsbət cavab alınmayıb.