![photo](https://www.rekord.az/storage/uploads/4/zaqatala-3.jpg)
"Zaqatala" nazirliyə müraciət edəcək
- 26 İyl 2023 14:00
- 605
I liqada mübarizə aparacaq "Zaqatala" gənclər və idman nazirliyinə müraciət ünvanlamağı düşünür.
Rekord.az-a daxil olan məlumata görə, müraciət Zaqatala Olimpiya İdman Kompleksi ilə bağlıdır.
Bildiyiniz kimi, "Zaqatala" ev oyunlarını icarə əsasında bu kompleksin stadionunda keçirir və hər il 50 min manat icarə haqqı ödəyir. Müraciət isə bu məbləğin bir qədər azaldılması ilə bağlı olacaq.