I Divizionda növbəti mövsümə hazırlaşan "Zaqatala" Bakıya gəlib bəzi klublarla yoxlama görüşü keçirmək istəsə də bu, baş tutmayıb.

Rekord.az-a daxil olan məlumata görə, buna səbəb maliyyə olub.

Çünki Bakıya gəlmək, burda qalmaq əlavə xərc deməkdir ki, bunun üçün də əlavə vəsait yoxdur. AFFA-nın ayırdığı büdcə isə sırf divizion oyunlarını yola vermək üçündür.