Futbol üzrə Azərbaycan Birinci Divizionunda 18-ci turun oyunları keçirilir.

Rekord.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.

“Zaqatala” səfərdə “Turan Tovuz”u məğlub edərək, liderliyə yüksəlib.

MOİK - “Qaradağ Lökbatan” matçında isə qalib müəyyənləşməyib.

18-ci tur çərçivəsində keçirilməli olan “Sabah” və “Neftçi”nin əvəzediciləri arasındakı oyun isə aprelin 20-nə təxirə salınıb.

Birinci Divizion
18-ci tur
19 mart

Turan Tovuz – Zaqatala 1:3
Qol: Ramin Süleymanov, 9 – Xəqani Sadıxov, 6. Xəlil Bəşirov, 46. Əsədulla Heydərov, 90+5.
Hakimlər: Namiq Bəkirov, Akif Əmirəli, Ruslan Quliyev, Nicat İsmayıllı.
Tovuz şəhər stadionu, 14:00.

MOİK – Qaradağ Lökbatan 0:0
Hakimlər: Rövşən Rəcəbov, Elman Kərimov, Kərim Zeynalov, Rauf Allahverdiyev.
Binə qəsəbə stadionu, 15:00.

Turun digər oyunları:

Qarabağ-2 – Sumqayıt-2 0:0
Kəpəz – Keşlə-2 3:1