Zaqatala rayonunda "Novruz bayramı" münasibəti ilə cüdo idman növü üzrə açıq qapı günü keçirilib.

Rekord.az xəbər verir ki, tədbir 19 mart 2024-cü il tarixində Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Zaqatala rayonu üzrə gənclər və idman sektorunun, Uşaq Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə "Tala çay" şadlıq sarayında keçirilib.

Tədbirdə 30 idmançı tərəfindən nümunəvi çıxışlar nümayiş etdirilmişdir.