I Liqa çərçivəsində "Qaradağ Lökbatan"I Zaqatalada qəbul edən "Mingəçevir" rəqibi ilə 1:1 bərabərə qalıb.

Rekord.az xəbər verir ki, "Mingəçevir"in baş məşqçisi Füzuli Məmmədov oyunla bağlı fikirlərini bölüşüb, xal itkisinin səbəblərinə də toxunub.

O, meydança faktorunu da xüsusi qabardıb: "Düzdür, ev oyunlarımızı Zaqatalada oynayırıq, amma yol yorğunluğu olmur, çünki oyuna bir gün öncədən gedirik. Bizim oyunumuza əsas təsir edən amil meydança amilidir. Zaqataladakı meydança bizim məşq etdiyimiz meydança kimi deyil. Mingəçevirdəki meydançamız süni olsa da, təzə salınıb, keyfiyyəti yaxşıdır, yumşaqdı, futbolçular da buna uyğunlaşıb. Zaqataladalı meydança isə sərtdi, top çox tullanır. Bu isə oyunumuza təsir edir. Bunu bəhanə kimi göstərmək istəmirəm. Bu oyuna qələbə üçün çıxmışdıq, niyyətimiz də qələbə idi. Oyun zamanı da çoxlu qol epizodlarımız olsu, sadəcə, istifadə edə bilmədik. Hətta penalti qazansaq da, bunu da yerinə yetirə bilmədik. Buna baxmayaraq, uşaqlardan razı qaldım, çox çalışdılar, istəyirdilər ki, mənim verdiyim tapşırıqları yerinə yetirsinlər. İnanıram ki, bu cür davam etsək, nəticələr də gələcək".