"Zaqatala"nın Premyer Liqaya gəlişini əngəlləyən əsas faktor
- 15:00
- 80
Yeni mövsümdən Premyer Liqada klub sayı 12-ə çatdırılacaq.
Rekord.az xəbər verir ki, bu qərar hazırda I Liqada üst sıraarda olan "Qəbələ", "Karvan", "İmişli" kimi bölgə komandaları üçün "yaşıl işıq" yandırır.
Amma "Zaqatala"nı da unutmaq olmaz. Çünki bu komanda da adları çəkilənlərdən əlçatmaz dərəcədə uzaqda deyil. Komanda tədricən nəticələrini yaxşılaşdırsa, ilk "üçlüy"ə daxil ola bilər. Amma lisenziyalaşdırma məsələsində "Zaqatala"nın işini əngəlləyən bir məqam var, o da meydança amili. "Qəbələ", "Karvan" və "İmişli"də or örtükləri təbiidir. "Zaqatala"da isə örtük həm sünidir həm də istismar müddətini çoxdan başa vurub. Komandanın elitada oynaması üçün örtük mütləq yenilənməlidir. Bunun üçün isə vəsait lazımdır. Təəssüf ki, "Zaqatala" da hazırda sponsor baxımından əziyyət çəkir.