"Zaqatala" I Liqada ilk "üçlüy"ə girsə də, Premyer Liqada oynaması çətin görünür.

Rekord.az xəbər verir ki, problemin biri süni örtüklə bağlıdır və bu haqda daha öncə məlumat vermişdik.

Yəni hazırkı süni örtüyün istismar müddət5i çoxdan bitib, lakin yeniləmək üçün vəsait yoxdir. Daha bir problem isə maliyyə ilə bağlıdır. Belə ki, I Liqanın digər iddialı komandalarından fərqli olaraq, "Zaqatala" sırf AFFA-dan gələn maliyyə ilə kifayətlənir. Yəni komandanın sponsoru yoxdur. Hazırda belə, futbolçuların maaş və oyunlara getmək xərcləri çətinliklə qarşılanır. Belə vəziyyətdə isə elitada oynamaq üçün lisenziyalaşdırma tələblərini yerinə yetirmək çətin görünür.