"Kəpəz"in I Divizionun son turunda səfərdə "Zaqatala"ya 0:2 hesablı məğlubiyyəti gəncəli azarkeşləri özündən çıxardıb.

Rekord.az xəbər verir ki, Gəncə təmsilçisi bu məğlubiyyətlə ilk "üçlük"dən bir qədər də aralandılar.

Saytımızla əlaqə saxlayanqocaman "Kəpəz" azarkeşlərindən olan Xətai Hüseynov hazırkı durumun onlar üçün qəbuledilməz olduğunu düşünür: "Mən bütün "Kəpəz" azarkeşləri adından danışıram və üzümü tuturam Yaşar Vahabzadəyə. Başa düşürəm, müəyyən səbəblərdən "Kəpəz" Premyer Liqada çıxış edə bilmir.  Amma I Divizion səviyyəsində normal şərait var axı. Əlavə meydança verildi, texniki problemlər, komandanın məskunlaşma məsələsi həll olundu, koman fda yollardan yığıldı, bir sözlə, az-çox şərait yaradılıb, yeni futbolçular da gətirildi. Ən azı Premyer Liqaya vəsiqə verən yer uğurunda oynamaq imkanı var. Belə olan halda "Zaqatala"ya uduzmaqda məqsəd nə idi? Niyə komanda bu oyunu uduzdu? "Zaqatala"nın futbol ənənəsi heç "Metallurq"un futbol ənənəsi qədər deyil. Gəncə idman şəhəridir. Tovuz və Zaqatala kimi, bizim də elitaya vəsiqə verən yeri tutmaq şansımız var idi. Necə oldu ki, "Kəpəz" gedib biabırçı oyunla "Zaqatala"ya uduzdu? Adama müəmmalı gəlir, sanki, komanda bilərəkdən uduzdurulub. Bu nə laqeydlikdi, belə olmaz axı. Siz elə oynayın ki, yüksəlk pillələrdə qərarlaşın, bizim də dilimiz olsun ki, Gəncənin futbol ictimaiyyəti olaraq, səsimizi lazımı yerlərə çatdıra bilək. Bu, ilk növbədə bizdən yox, sizdən asılı olan bir şeydi. Ayıbdıl, elə edin ki, "Kəpəz" 1-2-ci pillələrdə qərarlaşa bilsin".