Zaretska Avropa Oyunlarının qalibi oldu, Qurbanlı “bürünc” qazandı
- 23 İyn 2023 22:34
- 341
Azərbaycanın qadın karateçisi İrina Zaretska Polşada keçirilən 3-cü Avropa Oyunlarında qızıl medal qazanıb.
Rekord.az xəbər verir ki, 68 kq-da çıxış edən təmsilçimiz finalda Yelena Kuiriçə (İsveçrə) 4:1 hesabı ilə qalib gəlib.
O, bundan əvvəlki mərhələlərdə Qalina Melniki (Ukrayna), Anita Makyan (Ermənistan), Alize Ajyeni (Fransa) məğlub edib.
Bununla da, o, karyerasında ikinci dəfə Avropa Oyunlarının qalibi olub. İrina bundan əvvəl Bakı-2015-də də qızıl medala yiyələnmişdi.
Digər karateçimiz Asiman Qurbanlı (84 kq) isə yarışı bürünc medalla başa vurub.
Xatırladaq ki, dünən digər karateçimiz Tural Ağalarzadə də qızıl medal qazanmışdı.