"Araz Naxçıvan"ın yeni yaradılacaq İdarə Heyətinin sədri olacaq Zaur Axundov klubda ciddi islahatlar aparmağı düşünür.

Rekord.az-a daxil olan məlumata görə, təcrübəli futbol adamının xüsusi planı var.

Lakin hələlik bunu heç kimlə bölüşmür. Klub rəhbəri həm rəhbərlikdə, həm də əsas komandanın və akademiyanın məşqçilər korpusunda dəyişikliklər nəzərdə tutub. Elə Əfran İsmayılovun "Araz Naxçıvan"a gedişi və seleksiyaçı-məşqçi postuna təyin olunması da bu planın tərkib hissələrindən biridir. Lakin Axundov bu planını birdən yox, tədricən həyata keçirməyi düşünür.