İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Səmayə Logistic" MMC-ni dövlət qeydiyyatına alıb.

Rekord.az xəbər verir ki, yeni şirkət dövlətə məxsus Bakı İdman Sarayının yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 26A ünvanında qeydiyyatdan keçib.

Kommersiya qurumunun nizamnamə kapitalı 1 milyon manat, qanuni təmsilçisi isə Vasif Böyükağa oğlu Zərbəliyevdi.


Qeyd edək ki, sözügedən ünvanda həm də Azərbaycan Futzal Federasiyasının prezidenti, "Keşlə"nin Müşahidə Şurasının sədri Zaur Axundovun şirkəti kimi tanınan "Səmayə Co LTD" MMC fəaliyyət göstərir. Bu şirkətin də direktoru Vasif Zərbəliyevdi.