Bu gün "Səbail"lə oynayacaq "Keşlə" qələbə sayəsində 2-ci pillənin vahid sahibi ola bilər. Təbii ki, "Neftçi"nin xal itirməsi fonunda.

Rekord.az xəbər verir ki, klubun müşahidə şurasının sədri Zaur Axundov da qələbə üçün yaxşı mükafat vəd verib.

Məbləğ açıqlanmasa da bunun 2 min manatdan az olmayacağı dəqiqdir.