Ölkə kubokunun yarımfinalında “Zirə”yə qalib gələrək finala çıxan “Keşlə” futbolçularına pul mükafatı verilib.

Rekord.az xəbər verir ki, mükafat klubun müşahidə şurasının sədri Zaur Axundovun göstərişi ilə verilib.

Bizə çatan məlumata görə, hər futbolçu 1000-1500 manat aralığında mükafata sahib çıxıb. Eyni zamanda, Axundov söz verib ki, komanda kuboku qazanacağı təqdirdə mükafatın məbləği bundan 3 dəfə artıq olacaq.