![photo](https://www.rekord.az/storage/uploads/5/zaur-axundov-2021.jpg)
Zaur Axundov gəldi, "Araz Naxçıvan"ın hədəfləri böyüdü
- 24 İyl 2023 12:00
- 1243
Zaur Axundovun "Araz Naxçıvan"a rəhbər təyin olunması klubun hədəflərini də dəyişib.
Rekord.az xəbər verir ki, kağız üzərində o, klubda heç bir post tutmur və klub rəhbəri kimi qardaşının adı gedir.
Amma reallıqda bütün səlahiyyətlər Zaur bəydədir və klubu faktiki o idarə edir. O, eyni zamanda kluba şəxsi biznesindən maliyyə də ayıracaq. Təsadüfi deyil ki, məhz onun gəlişindən sonra komandanın ölkə xaricinə təlim-məşq toplanışına gedəcəyi məlum olub. Saytımıza daxil olan məlumata görə, 4-5 yeni legioner almağı planalşdıran Axundov komandanın hədəflərini də dəyişib. Belə ki, "Araz Naxçıvan" növbəti mövsümdən elitada qalmaq uğurunda yox, Konfrans Liqasına vəsiqə uğurunda mübarizə aparacaq.