Məlum olduğu kimi, "Keşlə" rəhbərliyi "Neftçi" üzərindəki qələbəyə görə mükafat vəd edib.

 

Rekord.az-a daxil olan məlumata görə, bu mükafatı klubun müşahidə şurasının sədri Zaur Axundov öz cibindən verəcək.

 

Yəni həmin vəsait büdcədən çıxmayacaq. Axundov futbolçulara qələbə təqdirində öz cibindən də olsa belə, mükafat verəcəyinə dair öncədən söz vermişdi. Məbləğ açıqlanmasa da hər futbolçu ən azı 1500-2000 manat alacaq. Mükafatların bu həftə paylanacağı gözlənilir.