Zaur Axundov söz verdi: 2-ci pilləni əldə saxlayın, yeni transferlər olacaq
- 2019-10-25 15:00
- 1024
Cari mövsüm "Keşlə" hələ ki yaxşı təsir bağışlayır və turnir cədvəlində 2-ci pillədə gedir.
"Rekord.az" xəbər verir ki, bu durum klubun Müşahidə Şurasının sədri Zaur Axundovu da həvəsləndirib.
Belə ki, o baş məşqçi Tərlan Əhmədova yeni transferlərlə bağlı söz verib. Komanda qış fasiləsinə kimi ikinci pilləni əlində saxlasa, ən azı 2 güclü legioner transferi ediləcək..