Zaur Axundov Tərlan Əhmədovu “Keşlə”yə qaytarmaq istəyir? ÖZƏL!
- 24 Avq 2021 14:00
- 1112
“Keşlə”nin Konfransı Liqasının ardından Premyer Liqada da uğursuz çıxışı baş məşqçi Sənan Qurbanovun klubdakı gələcəyini kölgə altına alır.
Rekord.az-a daxil olan məlumata görə, klub bossu Zaur Axundov sabiq baş məşqçi Tərlan Əhmədovu yenidən “Keşlə”yə qaytarmaq istəyir.
Lakin Əhmədovun AFFA-nın “qara siyahı”nda olması Axundovun işini çətinləşdirir.
Qeyd edək ki, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov PFL prezidenti Ramin Musayevin adamı olduğu üçün Tərlan Əhmədova qadağa qoyub. Yəni heç bir klub ona iş verə bilməz.