“Keşlə”nin son turda autsayder “Səbail”i məğlub edə bilməməsi klub rəhbəri Zaur Axundovu yenidən özündən çıxardıb.

Rekord.az-a daxil olan məlumata görə, Axundov oyundan sonra itirilmiş xala görə futbolçularını bərk danlayıb.

Axundovun qəzəbini də başa düşmək olar. Çünki “Qəbələ” və “Səbail” kimi komandalarla oyunlardakı xal itkisi onun planlarına daxil deyil və komandanı liderlər zonasından kənara ata bilər.