"Keşlə"nin Müşahidə Şurasının sədri Zaur Axundov ölkə kubokunun "Zirə" ilə cavab oyunu öncəsi futbolçulara böyük məbləğdə pul mükafatı vəd edib.

Etibarlı mənbədən Rekord.az-a ötürülən məlumata görə, klub rəhbəri finala çıacağı halda komandaya 30 min manata yaxın mükafat veriləcəyini bildirib.

Qeyd edək ki, ilk oyunda "Keşlə" evdə "Zirə"yə 1:2 hesabı ilə məğlub olmuşdu.