"Keşlə"nin müşahidə şurasının sədri Zaur Axundov komandanın aparıcı futbolçusu Sezar Meza Kollinin "Neftçi"də keçəcəyi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Rekord.az xəbər verir ki, o, bütün sualların açıq qaldığını bildirib: "Sezar yaxşı futbolçudur. Amma indidən bu məsələ barəsində nə isə deyə bilmərəm. Çünki futbolçularla bağlı qərarlarl məşqçilər korpusu verəcək. Meza Kollinin klubla müqaviləsi mayın 31-də başa çatacaq. Həmin tarixə qədər bizim futbolçu sayılır".