Heç kimə sirr deyil ki, "Araz Naxçıvan" cari mövsüm gözlənilənlərin əksinə, çox yaxşı çıxış edir.

Rekord.az xəbər verir ki, Naxçıvan təmsilçisi hazırda avrokuboklara vəsiqə şansı verən ilk dördlükdə qərarlaşıb.

Saytımıza daxil olan məlumata görə, komanda qışa qədər bu cür dabam etsə və ilk dördlükdə qərarlaşsa, klubun qeyri-rəsmi rəhbəri Zaur Axundov qışda daha bir neçə ciddi legioner transferi etməyi düşünür. Eyni zamanda komanda mütləq şəkildə ölkə xaricində toplanış keçəcək. İddialı olması ilə seçilən Axundov komandasının avrokuboklarda iştirakında çox istəklidir.