Qış fasiləsindən sonra keçirdiyi hər iki oyunda məğlub olan "Keşlə" 2-ci pilləni əldən verib. 4-cü pillə ilə aradakı xal fəriq isə azalıb.

Rekord.az-a kluba yaxın mənbədən daxil olan məlumata görə komandanın müşahidə şurasının sədri Zaur Axundov bu durumdan çox qəzəblənib.

O, baş məşqçi Tərlan Əhmədov və futbolçularla ciddi danışıb. Xüsusilə də futbolçuların qarşısında növbəti turda "Zirə"ni məğlub etmək tapşırığı qoyub. Növbəti məğlubiyyət fonunda komanda üzvlərini maliyyə cəzası gözləyir.