![photo](https://www.rekord.az/storage/uploads/4/kepez-32.jpg)
Zaur Əsədov seleksiya işlərinə başladı
- 13 İyl 2023 11:00
- 705
"Kəpəz"in əvəzedici komandasına baş məşqçi təyin olunan Zaur Əsədov 1 həftəyə yaxındır yeni vəzifəsini icra edir.
Rekord.az xəbər verir ki, 42 yaşlı məşqçi ilk növbədə seleksiya xarakterli məşqlərdən başlayıb və hazırda seçim edir.
Düşərgədə olan futbolçulara baxır və özünü doğuruldanları heyətdə saxlayıb hazırlığın əsas mərhələsinə keçəcək.
Qeyd edək ki, Zaur da əslən gəncəlidi və bacarıqlı məşqçi kimi ad çıxardıb və bu mənada "Kəpəz" rəhbərliyinin bu seçimini alqışlamaq olar.