Zaur Əzizov "Qəbələ"yə qayıdır?
- 13 Sen 2023 11:00
- 1227
"Neftçi"nin idman direktoru Zaur Əzizov postundan ayrıla bilər.
Rekord.az xəbər verir ki, klubdakı rəhbər dəyişikliyindən sonra Əzizovun "Neftçi"də qalacağı sual altında idi.
Çünki o, komandaya Kamran Quliyevin dönəmində gəlmişdi. Yeni rəhbər Rövşən Nəcəf isə bütün transfer məsələlərini Kamil Məmmədova etibar edir. Dünənə kimi klubla sadəcə, əməkdaşlıq edən Məmmədovun bundan sonra "ağ qaralar"da rəsmi şəxs kimi çalışmaq ehtimalı haqda hələ keçən aydan məlumat vermişdik. Yayılan məlumatlara görə, tanınmış menecer artıq rəsmən kluba işə qəbul olunub. Məhz bundan sonra Əzizovun "Neftçi"də qalması mənasız görünür. Onun sabiq klubu "Qəbələ"yə dönəcəyi deyilir.