“Zirə”nin baş məşqçisi Zaur Həşimov Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində “Səbail”ə qarşı keçirdikləri ilk oyunu şərh edib.

Rekord.az xəbər verir ki, gənc mütəxəssis 0:0 hesabıyla bitən oyundan sonra təşkil olunan mətbuat konfransında bunları deyib:

“Oyunda məni ən çox narahat edən meydan amili idi. Futbolçular çox yüklənirdi, qorxurduq ki, zədə olar. Düzdü, zədə olmadı, amma komanda çox yoruldu. İstərdik ki, qollu heç-heçə olsun, amma sevindirici odu ki, qol buraxmadıq. Stressli oyun oldu. Bu hesab rəqibin üstünlüyüdü. Çempionat oyununda belə stress olmur. Minimum qollu heç-heçə olsaydı, mərhələni keçmək şansımız daha çox olardı”.