Zaur Həşimov: “Həftədə iki oyun keçirmək çətindir, problemlər olacaq”
- 13 İyn 2020 22:49
- 634
“Zirə”nin baş məşqçisi Zaur Həşimov bu gün “Sabah”a qarşı keçirdikləri yoxlama oyununu şərh edib.
Rekord.az xəbər verir ki, o, 0:1 hesabıyla məğlub olduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Yaxşı ilk hissə keçirdik. Bu gün daha istəkli idik. 3 qol epizodumuz da oldu, bundan istifadə edə bilmədik. 58-ci dəqiqədən əvəzləmələrə başladıq. Ümumi götürsək, ikinci hissədən də narazı qalmadım. Sadəcə, bir anlıq konsentrasiyanı itirməyimiz ucbatından rəqib qol vurdu. Uşaqların tapşırıqlarımı yerinə yetirməsi sevindiricidir. Daha bir həftəmiz olsaydı, hazırlıq baxımından daha yaxşı səviyyədə olardıq. Mövsümün davam etdirilməsi ilə bağlı müzakirələrə gəlincə, həftədə iki oyun keçirmək çətindir, problemlər olacaq".