Zaur Həşimov: “Məğlubiyyəti gözləyirdik”
- 08 Fev 2020 20:09
- 821
“Zirə”nin baş məşqçisi Zaur Həşimov Premyer Liqanın 16-cı turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.
Rekord.az xəbər verir ki, o, 1:2 hesabıyla uduzduqları oyundan sonra təşkil olunan mətbuat konfransında öncə bunları söyləyib:
“Sumqayıt"ın oynadığı futbol göstərir ki, Ayxan Abbasovun adı boş yerə milliyə namizəd göstərilmir. Bizi çox yaxşı təhlil etmişdilər. Məğlubiyyəti gözləyirdik. Yerində olan məğlubiyyət idi. Bu, göstərdi ki, çox göylərə qalxmaq lazım deyil. Transfer dövründə artıq bizi avrokuboklara namizəd göstərirdilər. Ancaq bu məğlubiyyət yerində oldu. Əsas oyunlar bundan sonra olacaq. Ağabala Ramazanovun qırmızı vərəqəsi almasına gəlincə, təhlil edib, lazım olan qərarları verəcəyik. 9 nəfərlə qaldıqdan sonra sərgilənən oyun daha çox xoşuma gəldi. Uşaqlar uduzmamaq üçün mübarizə apardılar”. (komanda.az)