“Zirə”nin yeni baş məşqçisi Zaur Həşimovun köməkçilərindən daha birinin adına aydınlıq gəlib.

 

Rekord.az xəbər verir ki, gənc mütəxəssis Azər Məmmədovu özünə köməkçi gətirib.

 

Vaxtilə “Kəpəz”də çalışmış Azər Məmmədov “Qarabağ”ın əvəzedicilərdən ibarət komandasının baş məşqçisi idi. Lakin “Zirə”dən təklif alan mütəxəssis Ağdam klubundan ayrılmağa qərar verib.

 

Xatırladaq ki, Azər Məmmədov Zaur Həşimovun U-18 yığmamızın baş məşqçisi olduğu dövrdə də onun köməkçisi olub. (sportlife.az)