Bir müddət bundan qabaq “Zirə”nin baş məşqçisi postunbda dəyişiklik ehtimalı haqda yazmışdıq. Qeyd etmişdik ki, çempionat bərpa olunarsa və “Zirə” bu mübarizədən sonra avrokuboklara vəsiqə qazanmazsa, baş məşqçi  Zaur Həşimov postundan göndərilə bilər. Lakin çempionatın yarımçıq dayandırılması “Zirə” rəhbərliyinin qərarına təsir edib.

Rekord.az xəbər verir ki, indiki durumda onlar Həşimova daha bir şans verməyi qərara alıb.

Çünki çempionatın ləğvi onun günahı deyil. Bu səbəbdən komandanı növbəti mövsümə də Həşimov hazırlayacaq.