“Keşlə”nin baş məşqçisi Zaur İsmayılov UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin püşkünü dəyərləndirib.

Rekord.az xəbər verir ki, o, klubun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib: 

“Avropa Liqasında asan rəqib yoxdur. Oyuna çox ciddi hazırlaşmalıyıq. Artıq “Laçi” komandasını analiz etməyə başlamışıq. Bilirik ki, çox yaxşı futbolçulara malik bir kollektivdir. Bütün xəttlərdə güclü oyunçulara malikdirlər”. 

Xatırladaq ki, püşkün nəticəsinə əsasən “Keşlə” Albaniyanın “Laçi” komandası ilə qarşılaşacaq. Qarşılaşma avqustun 27-də Bakıda baş tutacaq.