“Əvvəlkitək öz işimin başındayam və məni heç kim klubdan uzaqlaşdırmayıb”.

Rekord.az xəbər verir ki, sportinfo.az-a açıqlamasında millinin sabiq hücumçusu Zaur Ramazanov deyib.

O, ötən ilin yayından çalışdığı “Səbail”də işini davam etdirdiyini və klubdan ayrılmaq niyyətində olmadığını bildirib:

“Mən burada baş menecerəm. Əsas fəalliyyət sahəm akademiya ilə bağlıdır. İstedadlı uşaq və yeniyetmələrin tapılıb akademiyaya cəlb olunmasına köməklik göstərirəm.

Klubdakı işimdən razıyam və hamıyla münasibətim yaxşıdır. Nədənsə narahatlığım yoxdur”