Rusiyada qadın voleybolçuların çempionatında növbəti turun oyunları keçirilib. "Rekord.az" xəbər verir ki, Azərbaycan millisinin üzvü Yelizaveta Səmədovanın şərəfini qoruduğu "Leninqradka" 4-cü turda Belarusun Rusiya çempionatındakı təmsilçisi "Minçanka" ilə üz-üzə gəlib.

Sankt-Peterburqda keçirilən görüş "Leninqradka" üçün uğurlu alınıb. 3 set davam edən qarşılaşmada "Leninqradka" quru hesablı qələbəyə sevindi - 3:0 (27:25, 25:23, 25:14).

Komandasının çətinlik çəkmədən qələbə qazandığı görüşdə yığmamızın üzvü zədə səbəbindən meydana çıxmayıb. Səmədova bundan əvvəli oyunda komanda yoldaşı ilə toqquşaraq ayağından ciddi zədə alıb. Onun nə vaxt meydana çıxacağı bəlli deyil.