Zədəli olmasına baxmayaraq, milliyə çağırıldı
- 29 Sen 2021 16:45
- 456
“Yuventus”un futbolçusu Paulo Dibala zədəli olmasına baxmayaraq, Argentina millisinə çağırılıb.
Rekord.az xəbər verir ki, bu barədə Argentina Futbol Federasiyasının saytı məlumat yayıb.
27 yaşlı hücumçunun adı millinin oktyabr ayında DÇ-2022-nin seçmə mərhələsində keçirəcəyi oyunlar üçün iştirak ərizəsinə daxil edilib.
Dibala A seriyasının 6-cı turunda “Sampdoriya” ilə matçda (3:2) zədələnib və meydanı göz yaşları ilə tərk edib.
Argentina yığması oktyabrın 8-i Paraqvay, 11-i Uruqvay, 15-i isə Peru ilə qarşılaşacaq.