Bakıda təşkil olunan kişi voleybolçular arasında "Zəfər kuboku" başa çatıb. "Rekord.az" xəbər verir ki, turnirin finalında "Neftçi" və "Murov" kollektivləri qarşılaşıblar.

Görüş kifayət qədər gərgin keçib. İlk iki hissədə "Neftçi" qalib gəlsə də "Murov"lu voleybolçular ardıcıl iki seti aktivlərinə yazdırıblar. Matçın taleyinə isə tay-brekdə aydınlıq gəlib. 5-ci setdə daha dəqiq oynayan "Neftçi" yarışın qalibi olub.