Zəhra Dadaşova və Leyla Kərimova dünya çempionu oldular
- 22 Avq 2023 20:30
- 399
Pauerliftinq üzrə Azərbaycan millisinin daha iki üzvü Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatının qalibi olub.
Rekord.az xəbər verir ki, Zəhra Dadaşova 2 qızıl medal qazanıb.
İdmançımız +55 kq çəki dərəcəsində gənclərin yarışında ən yaxşı nəticəyə (78 kq) və ümumi çəkiyə görə (223 kq) buna nail olub.
Leyla Kərimova da 2 “qızıl”la yadda qalıb. İdmançı +86 kq çəki dərəcəsində gənclərin yarışında ən yaxşı nəticəyə (78 kq) və ümumi çəkiyə görə (148 kq) çempion olub. Kərimova bununla gənclər arasında Avropa rekordunu da yeniləyib.
Xatırladaq ki, daha əvvəl Talıb Zeynalov (+107 kq) bu yarışda 2 gümüş medal qazanıb.