“Zəngəzur” Avropa Kubokuna qələbə ilə başladı
- 13 Sen 2023 19:00
- 355
“Zəngəzur” minifutbol komandası Bolqarıstanda keçirilən Avropa Kubokuna qələbə ilə başlayıb.
Rekord.az xəbər verir ki, A qrupunda yer alan Azərbaycan təmsilçisi açılış oyununda yerli “Qalaktiko Vratsa” klubunu üstələyib.
Qarşılaşma “Zəngəzur”un 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
“Zəngəzur” sentyabrın 14-də qrup çərçivəsində daha iki oyun keçirəcək. Azərbaycan komandası saat 10:00-da Yunanıstan TMT-si, 18:00-da isə Çexiya “Veşka Olomuç”u ilə üz-üzə gələcək.