Zəngilanlılar da fəaliyyətə başlayır: yeni komanda üçün
- 16 Dek 2020 12:00
- 1126
Zəngilanın futbol komandalarından biri də “Süsən” olub.
Rekord.az xəbər verir ki, bu klub 80-cı illərdə rayonun idman həyatında öz çəkisi ilə iz qoyub.
“Süsən” 1983-86-cı illər aralığında 3 dəfə ard-arda rayon çempionu adını qazanıb. Həm də 1982-88-ci illər arasında 3 dəfə rayon kubokunun qalibi olub.
"Süsən"in yeni mövsümdən Region Liqasında iştirakı gözlənilir. Rayonun idman ictimaiyyəti əməli fəaliyyətə keçib. Eyni zamanda AFFA bununla bağlı müvafiq tədbirlər planı işləməkdədir.
Region Liqasında Qarabağ zonası yaradılacaq və Zənginlanla yanaşı, erməni işğalından qurtarılan digər rayonların komandaları da burada mübarizə aparacaq.