Rusiyanın “Zenit” klubu futbolçusu Artyom Dzyubanın müqaviləsinin müddətini artırıb.

Rekord.az xəbər verir ki, bu barədə Sankt-Peterburq təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

31 yaşlı hücumçuyla 2+1 illik yeni sözləşmə imzalanıb.

Rusiya milli komandasının da üzvü olan Dzyuba, 2015-ci ilin yayından “Zenit”də çıxış edir.