Noyabrın 18-i saat 21:00-da “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Zenit” (Sankt-Peterburq, Rusiya) yoldaşlıq oyunundan əvvəl fan zona təşkil olunacaq.

Rekord.az xəbər verir ki, fan zona çərçivəsində saat 19:00-dan etibarən stadionda yerləşən fan mağazada “Neftçi”nin yetirməsi, Azərbaycan milli komandasının sabiq üzvü Ruslan Abışovla avtoqraf sessiyası reallaşacaq.

Bundan əlavə, fan zonaya basketbol yarışı, “face art”, masaüstü futbol, rodeo öküzü kimi əyləncəli tədbirlər də daxildir.

Qeyd edək ki, keçən ay karyerasını başa vuran Abışov “Zenit”lə görüşdə vida matçına çıxacaq.