Zərdab rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə Əlvənd kənd tam orta məktəbinin idman bazasında məşqçi müəllim Bəhruz İsrəfilovun rəhbərliyi ilə Şahhüseynli, Şəftəhal, Otmanoba və Əlvənd kənd tam orta məktəblərinin şagirdlərinin iştirakı ilə sərbəst güləş idman növü üzrə ustad dərsləri keçirilib.

Rekord.az xəbər verir ki, kütləvi idman tədbirinin təşkilində əsas məqsəd sərbəst güləş idman növünün təbliği, əhali, xüsusən də uşaq və gənclər arasında idmana marağın artırılması, sağlam həyat tərzinə çağırış, asudə vaxtın səmərəli təşkili və fiziki aktivliyin təmin olunmasıdır.