“Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!”
- 10 Apr 2023 14:00
- 383
Şahbuz rayonunda “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi ilə yeniyetmələr arasında sərbəst güləş birinciliyi keçirilib.
Rekord.az xəbər verir ki, uşaq-gənclər idman məktəbində reallaşan yarışda 30 yeniyetmə iştirak edib.
İlk üçlük və həvəsləndirici yer sahibləri diplom və fəxri fərmanla təltif olunub.