Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 100-cü ildönümünə həsr olunmuş şahmat üzrə Kəngərli rayon birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, uşaq-gənclər şahmat məktəbində təşkil olunan yarış 8-10 yaşlı şahmatçıları əhatə edib.

İlk üç yerin sahiblərinə diplom və medallar təqdim olunub.