Azərbaycan parataekvondoçusu Sabir Zeynalov Çxunçxon şəhərində keçirilən Koreya açıq beynəlxalq turnirində qızıl medal qazanıb.

Rekord.az Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 58 kq çəki dərəcəsində yarışan 18 yaşlı idmançı finalda özbəkistanlı rəqibini məğlub edib.

Zeynalov Paris-2024 Paralimpiya Oyunlarına lisenziya qazanıb.