İspaniya superkubokunun yarımfinalında “Atletik”ə məğlub olaraq, turnirlə vidalaşan “Real”ın baş məşqçisi Zinəddin Zidan açıqlama verib.

Rekord.az xəbər verir ki, fransalı mütəxəssis 1:2 hesabıyla bitən görüşü belə şərh edib:

“Bu, uğursuzluq deyil. Uğursuzluq komandanın nəyəsə cəhd etməməsi, mübarizə aparmamasıdır. Həyat belədir, həmişə qazana bilməzsən. Hər oyunda qələbə üçün çalışırq, ancaq həmişə alınmır”.